Upamekano Fransa millisində yeni rekorda imza atdı
Fransa millisinin müdafiəçisi Dayo Upamekano 2026-cı ildə yığmanın heyətində ikinci dəfə qırmızı vərəqə alaraq tarixə düşüb.
Sportify.az xəbər verir ki, 27 yaşlı futbolçu UEFA Millətlər Liqasının III turunda İtaliya ilə keçirilən və 1:1 hesabı ilə başa çatan görüşün 85-ci dəqiqəsində meydandan qovulub.
Upamekano 73-cü dəqiqədə baş hakim Xesus Xil Mansano ilə mübahisə edib. Qarşılaşmanın 85-ci dəqiqəsində isə qayda pozuntusuna görə ikinci sarı vərəqə ilə cəzalandırılaraq qırmızı vərəqə alıb.
Müdafiəçi bundan əvvəl də 2026-cı ildə Fransa millisinin heyətində qırmızı vərəqə ilə cəzalanıb. O, braziliyalılar üzərində 2:1 hesablı qələbə ilə başa çatan yoldaşlıq görüşündə meydandan kənarlaşdırılmışdı.
Beləliklə, Upamekano Fransa millisinin tarixində bir təqvim ili ərzində iki dəfə qırmızı vərəqə alan ilk futbolçu olub.



No Comment! Be the first one.