Endrik “Real Madrid”dən ayrılaraq bu kluba keçə bilər
İspaniya təmsilçisi “Real Madrid”in braziliyalı hücumçusu Endrik qış transfer pəncərəsində klubunu dəyişə bilər.
Sportify.az xəbər verir ki, “Corriere dello Sport” 20 yaşlı futbolçu ilə İtaliyanın “Roma” klubunun yaxından maraqlandığını yazıb. Paytaxt təmsilçisinin Endriki yanvar ayında icarəyə götürməyi prioritet hədəflərindən birinə çevirdiyi bildirilir.
Məlumata görə, “Roma”nın idman direktoru D’Amiko transferlə bağlı danışıqlarda müəyyən irəliləyiş əldə edib. Endrik və atası da futbolçunun Romaya köçməsinə müsbət yanaşırlar. Braziliyalının İtaliya klubunda həmyerlisi Uesli ilə eyni komandada çıxış edə biləcəyi qeyd olunur.
Endrikin mümkün icarəsinin əsas səbəbi isə “Real Madrid”də kifayət qədər oyun vaxtı almamasıdır. Braziliyalı hücumçu cari mövsümdə La Liqada cəmi 4 dəqiqə meydanda olub.
“Real Madrid” rəhbərliyinin də futbolçunun daha çox oynayaraq təcrübə qazanması və inkişafını davam etdirməsi üçün onun icarəyə göndərilməsi variantını nəzərdən keçirdiyi bildirilir.



No Comment! Be the first one.