Kukurelya: “Qızıl top üçün özümə səs verərdim
İspaniya millisinin və “Real Madridi”in müdafiəçisi Mark Kukurelya “Qızıl top” mükafatı uğrunda səsvermə ilə bağlı fikirlərini bölüşüb.
Sportify.az xəbər verir ki, “Marca” nəşrinə istinadən yayılan məlumata görə, 30 namizəd arasında yer alan futbolçu səsvermədə iştirak etmək hüququ olacağı təqdirdə özünə səs verəcəyini bildirib.
“Əgər səs verməli olsaydım, özümə səs verərdim. Bütün namizədlər komanda yoldaşlarımdır. Qoy ən güclü olan qalib gəlsin. Qərarı səs verənlərin öhdəsinə buraxıram. Bəlkə mənə də nəsə düşdü, axı birlikdə oynayırıq”, – deyə o bildirib.
Kukurelya insanların ona rəğbət göstərməsinin səbəbi ilə bağlı suala da yumorla cavab verib:
“Bilmirəm. Bəlkə də səbəb xarici görünüşümdür. Çünki görünüşüm bir qədər daha çox diqqət çəkir. Həm peşəkar, həm də şəxsi həyatımdan razıyam”.


No Comment! Be the first one.