Dünya çempionatı: 3 cüdoçumuz uduzdu, Əhməd Yusifov finalda! - YENİLƏNDİ
Azərbaycan cüdoçusu Əhməd Yusifov Bakıda start götürən dünya çempionatında finala yüksəlib.
Sportify.az xəbər verir ki, 60 kq çəki dərəcəsində çıxış edən 27 yaşlı idmançı karyerasında ilk dəfə bu nailiyyətə imza atıb.
Yusifov mübarizəyə 1/16 final mərhələsindən başlayıb. İlk görüşündə monqolustanlı Tumenjarqal Tuvşinturu üstələyən azərbaycanlı cüdoçu ardından hindistanlı Harş Sinqi də məğlub edib.
Növbəti qarşılaşmalarında Yusifov rusiyalı, 2025-ci il Avropa və dünya çempionatlarının mükafatçısı Ayub Bliyevi məğlub etməyi bacarıb. Yarımfinalda isə o, taypeyli olimpiya mükafatçısı Yunq Vey Yanqı məğlubiyyətə uğradıb.
Beləliklə, Yusifov bu gün saat 18:00-da başlanacaq finalda qazaxıstanlı Şerzod Davlatovla üz-üzə gələcək.
——————————-
Bu gün Bakıda cüdo üzrə kişilər və qadınlar arasında dünya çempionatına start veriləcək.
Sportify.az xəbər verir ki, Milli Gimnastika Arenasında təşkil olunacaq mundialda 93 ölkədən 622 cüdoçu mübarizə aparacaq.
Onlardan 335-i kişi, 287-si qadın idmançılar olacaq. Tatami ustaları fərdi və qarışıq mübarizə nəticəsində qalibləri müəyyənləşdirəcəklər.
Azərbaycanı fərdi yarışlarda 13 çəki dərəcəsində 24 cüdoçu – 17 kişi və 7 qadın təmsil edəcək. Yığmamız həmçinin oktyabrın 11-də keçiriləcək qarışıq komanda yarışında mübarizə aparacaq.
İlk yarış günündə həm kişilər, həm də qadınlar ən aşağı çəki dərəcəsində çıxış edəcəklər.
Azərbaycanı 4 cüdoçu təmsil edəcək:
Kişilər
60 kq
1/16 final
Balabəy Ağayev – Dilşot Xalmatov (Ukrayna)
Əhməd Yusifov – Tumenjarqal Tuvşintur (Monqolustan)
1/8 final
Balabəy Ağayev – Conatan Yanq (ABŞ)
Əhməd Yusifov – Harş Sinq (Hindistan)
1/4 final
Əhməd Yusifov – Ayub Bliyev (Rusiya)
1/2 final
Əhməd Yusifov – Yunq Vey Yanq (Taypey)
FİNAL
Əhməd Yusifov – Şerzod Davlatov (Qazaxıstan)
Qadınlar
48 kq
1/32 final
Şəfəq Həmidova – Nataşa Razafindrakalo (Madaqaskar)
1/16 final
Könül Əliyeva – Mari Di Varqas Ley (Çili)
1/8 final
Könül Əliyeva – Sabina Gilyazova (Rusiya)
Qeyd edək ki, dünya çempionatının görüşlərinə saat 11:30-da start veriləcək.























No Comment! Be the first one.