Tofiq Əliyev iki qızıl medal qazandı
Azərbaycan tamblinqçisi Tofiq Əliyev Böyük Britaniyada keçirilən iki yarışda iki qızıl medal qazanıb.
Sportify.az xəbər verir ki, Əliyev əvvəlcə 2026-cı il üzrə Böyük Britaniyanın Milli Yaş Qrupları Finalında fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
Daha sonra Böyük Britaniya çempionatında iştirak edən gimnast eyni nailiyyəti təkrarlayıb. O, final mərhələsində 29.100 xal toplayaraq qızıl medala sahib olub.
Beləliklə, Tofiq Əliyev iştirak etdiyi hər iki yarışı qızıl medalla başa vurub.




No Comment! Be the first one.