Lionel Messi: Onlar üçün darıxacağam
ABŞ-nin “İnter Mayami” klubunun futbolçusu Lionel Messi Argentina millisindəin heyətində axırıncı məşqinə çıxıb.
Sportify.az xəbər verir ki, 39 yaşlı hücumçu yığmanın düşərgəsinə oktyabrın 5-də qoşulub.
Argentina oktyabrın 7-də Beninlə yoldaşlıq görüşündə üz-üzə gələcək. Qarşılaşma Messinin millinin heyətində son oyunu olacaq.
“Xüsusi anlar — əminəm ki, onlar üçün darıxacağam”, – deyə Messi bildirib.
Xatırladaq ki, Lionel Messi Argentina millisinin heyətində 2022-ci ildə dünya çempionu olub. O, həmçinin 2021 və 2024-cü illərdə Amerika Kubokunu, 2022-ci ildə Finalissimanı, 2008-ci ildə Olimpiya Oyunlarını və 2005-ci ildə gənclər arasında dünya çempionatını qazanıb.
Argentinalı ulduz 2014-cü il dünya çempionatında, eləcə də 2007, 2015 və 2016-cı illərdə Amerika Kubokunda gümüş medal əldə edib. Messi 2019-cu il Amerika Kubokunda isə bürünc medal əldə edib.



No Comment! Be the first one.