"Turan Çempionlar Liqasına hazırlığın son mərhələsində - FOTOLAR
Azərbaycanı Çempionlar Liqasında təmsil edəcək qadın voleybolçulardan ibarət “Turan” klubu hazırlığının son mərhələsindədir.
Sportify.az xəbər verir ki, klub yay fasiləsində bir sıra adlarla güclənib.
Cənubi Koreya, Kuba, Yaponiya, Serbiya, Slovakiya və Çin voleybol məktəblərinin tanınmış adlarının transferi ilə yanaşı, milli komandanın simaları da Tovuz komandasının uğurları üçün çalışacaqlar.
Baş məşqçi Ziya Rəcəbovun rəhbərlik etdiyi komandanın hazırlıq proqramının əsas mərhələlərindən biri İtaliyanın Misano şəhərində baş tutub. Burada intensiv məşqlərlə yanaşı, yoxlama oyunları da keçirilib.
Ardınca Yunanıstana yollanan kollektiv Santorini şəhərində təlim-məşq toplanışını davam etdirib. Burada da hazırlıq prosesinin əsas hissəsini məşqlər və yoxlama oyunları təşkil edib.
Daha sonra Türkiyənin İstanbul şəhərində davam edən hazırlıq çərçivəsində Avropanın aparıcı komandalarından “Fənərbağça” ilə yoldaşlıq görüşü keçirilib.
Toplanışın son mərhələsi isə Bakıda – klubun Zaqulbada yerləşən Təlim-Tədris Mərkəzində davam edir.
Uzunmüddətli hazırlıq prosesi çərçivəsində fiziki, taktiki və psixoloji hazırlığın yüksək səviyyəyə çatdırılması əsas prioritetlərdəndir.
Qeyd edək ki, “Turan” Çempionlar Liqasıında oktyabrın 20-də Tovuz Olimpiya İdman Kompleksində Xorvatiyanın “Mladost-Zaqreb” klubu ilə üz-üzə gələcək.













No Comment! Be the first one.