"Qarabağ" Sefasın durumunu açıqladı
Yamayka millisinin düşərgəsindən zədəli qayıdan “Qarabağ”ın futbolçusu Renaldo Sefas MRT müayinəsindən keçib.
Bu barədə Ağdam klubunun mətbuat xidmətindən Sportify.az-a məlumat verilib.
Bildirilir ki, 27 yaşlı yarımmüdafiəçinin MRT nəticələrində əhəmiyyətli dəyişikliklər aşkarlanmayıb. Sefas 3–4 gün ərzində tibbi və məşqçi heyətinin nəzarəti altında məşq edəcək.
Bu isə təcrübəli vingerin Misli Premyer Liqasında VII turun “İmişli” ilə səfər matçını buraxa biləcəyi anlamına gəlir.
Renaldo Sefas KONKAKAF Millətlər Liqasında Hondurasla oyun zamanı ayağından zədələnib. O, qarşılaşmanın 12-ci dəqiqəsində topsuz vəziyyətdə xəsarət alaraq, əvəzlənib. Oyun sentyabrın 29-da keçirilib.
Qeyd edək ki, oktyabrın 11-də Yevlax şəhər stadionunda keçiriləcək “İmişli” – “Qarabağ” görüşü saat 16:00-da başlanacaq.



No Comment! Be the first one.