Suaresdən Messiyə: “Səninlə eyni dövrdə yaşamaq fürsətinə görə minnətdaram”
ABŞ təmsilçisi “İnter Mayami”nin hücumçusu Luis Suares Argentina millisində vida matçından sonra komanda yoldaşı və yaxın dostu Lionel Messiyə müraciət edib.
Sportify.az xəbər verir ki, uruqvaylı futbolçu sosial şəbəkə hesabında Messi ilə bağlı duyğusal paylaşım edib.
“Bu gün milli komandanın oyunçusu kimi rekordlar, gözəl anlar və unudulmaz xatirələrlə dolu bir miras qoyub gedirsən. Cənubi Amerika və dünya futbolunda tarix yazmısan. Harada oynamağından asılı olmayaraq, rəqiblərinə həmişə hörmətlə yanaşaraq iz qoymusan. Bu da səni daha böyük edir.
Bütün nailiyyətlərinə görə səni təbrik edirəm. Heç vaxt təslim olmadın və bir çoxumuza öyrətdin ki, məqsədinə inanıb onun uğrunda çalışsan, istənilən arzuya çata bilərsən.
Futbolçu kimi nümunə olduğun göz qabağındadır. Amma sən həm də əla insan, komanda yoldaşı və dostsan. Təşəkkür edirəm, təşəkkür edirəm, təşəkkür edirəm! Səninlə eyni dövrdə yaşamaq fürsətinə görə həmişə minnətdar olacağam. Səni çox sevirəm!”, – deyə Suares yazıb.
Qeyd edək ki, Messinin Argentina millisində vida matçında komanda Benini 3:0 hesabı ilə məğlub edib. Ulduz futbolçu qarşılaşmada bir qol vurub və iki məhsuldar ötürmə ilə yadda qalıb.



No Comment! Be the first one.