Dünya çempionatı: Murad Fətiyev bürünc medal görüşündə - YENİLƏNDİ
Milli Gimnastika Arenasında keçirilən dünya çempionatının beşinci yarım günündə Azərbaycanın daha 4 cüdoçusu tatami üzərinə çıxıb.
Sportify.az xəbər verir ki, qadınların mübarizəsində Südabə Ağayeva 70 kq çəki dərəcəsindəki ilk görüşündə ispaniyalı rəqibinə uduzaraq, yarışla erkən vidalaşıb.
Kişi cüdoçular isə 90 kq çəkidə çıxış ediblər. Süleyman Şükürov ilk görüşündə norveçli rəqibini üstələsə də, 1/16 finalda yaponiyalı dördqat dünya çempionu Qoki Tajimaya uduzaraq, mübarizəni dayandırıb.
Avropa çempionu Elcan Hacıyev isə ABŞ və Kanada təmsilçilərini yensə də, 1/8 finalda fransalı dünya və Avropa çempionatlarının mükafatçısı, Paris-2024 Yay Olimpiya Oyunlarında fərdi mübarizədə bürünc, qarışıq komanda yarışında qızıl medal qazanmış Maksim-Qael Nqayap Ambuya məğlub olub və mundialla vidalaşıb.
Ötənilki Avropa çempionatının bürünc medalçısı Murad Fətiyev isə yunanıstanlı, estoniyalı və fransalı rəqiblərini üstələdikdən sonra yarımfinala yüksəlib. Lakin finala gedən yolda o, məhz Tajimaya uduzub.
Beləliklə, Fətiyev saat 18:00-da başlanacaq final blokunda bürünc medal uğrunda görüşə çıxacaq. O, serbiyalı dünya və Avropa çempionu Nemanya Maydov ilə qarşılaşacaq.
Finalda isə iki yaponiyalı – üçqat dünya çempionu Sanşiro Murao və dörqat dünya çempionu Qoki Tajimo üz-üzə gələcək.
Bakıda keçirilən dünya çempionatında bu gün Azərbaycanın daha 4 cüdoçusu tatamiyə çıxacaq.
Sportify.az xəbər verir ki, qadınların yarışında Südabə Ağayeva 70 kq çəki dərəcəsində mübarizə aparacaq.
Onun ilk görüşü 1/32 finala təsadüf edəcək.
Kişilərin mübarizəsinə isə 3 cüdoçu qatılacaq. 2024-cü ilin Avropa çempionu və 2025-ci il dünya çempionatının bürünc medalçısı Elcan Hacıyev, eləcə də Süleyman Şükürov 1/32 final mərhələsindən çıxış etməyə başlayacaqlar.
2025-ci il Avropa çempionatının bürünc medalçısı Murad Fətiyev isə rəqibini 1/16 finalda gözləyəcək.
Dünya çempionatı
8 oktyabr
70 kq
1/32 final
Südabə Ağayeva – Ai Tsunoda Roustant (İspaniya)
90 kq
1/32 final
Elcan Hacıyev – Aleksander Knauf (ABŞ)
Süleyman Şükürov – Kornelius Eylertsen (Norveç)
1/16 final
Murad Fətiyev – Teodoros Tselidis (Yunanıstan)
Süleyman Şükürov – Qoki Tajima (Yaponiya)
Elcan Hacıyev – Kiqan Yanq (Kanada)
1/8 final
Elcan Hacıyev – Maksim-Qael Nqayap Ambu (Fransa)
Murad Fətiyev – Klen Kristofer Kalyulayd (Estoniya)
1/4 final
Murad Fətiyev – Aleksa Mitroviç (Fransa)
1/2 final
Murad Fətiyev – Qoki Tajima (Yaponiya)
Bürünc medal görüşü
Murad Fətiyev – Nemanya Maydov (Serbiya)
Qeyd edək ki, indiyədək Azərbaycan cüdoçularından Əhməd Yusifov (60 kq) qızıl, Zelim Tçkayev (81 kq) gümüş, Rəşid Məmmədəliyev (73 kq) və Ömər Rəcəbli (81 kq) bürünc medal qazanıb.



No Comment! Be the first one.