Dünya çempionatında rekord: 5-ci medal
Azərbaycan cüdoçusu Murad Fətiyev Bakıda keçirilən dünya çempionatında 3-cü yer uğrunda görüşə çıxıb.
Sportify.az xəbər verir ki, 90 kq çəki dərəcəsində rəqib serbiyalı Nemanya Maydov olub.
Qarşılaşmadan qızıl xal bölümündə qələbə ilə ayrılan Fətiyev karyerasında ilk dəfə dünya çempionatının medalını qazanıb.
Bununla da Azərbaycanın dünya çempionatındakı medal sayı 5-ə yüksəlib. Bu, tarixi rekorddur.
Daha əvvəl dünya çempionatlarında qazanılmış medalların maksimum sayı 4 olub.



No Comment! Be the first one.