Ülviyyə Fətəliyeva İçərişəhərdə 16 şahmatçı ilə eyni vaxtda qarşılaşdı
“Bakı – Dünyanın İdman Paytaxtı 2026” çərçivəsində Azərbaycan Şahmat Federasiyası, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin təşkilatçılığı, İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin dəstəyi ilə şahmat üzrə Avropa çempionu, 2026-cı ilin “İdman səfiri” Ülviyyə Fətəliyeva seans keçirib.
Sportify.az xəbər verir li, Qədim İçərişəhərin tarixi meydanında təşkil olunan tədbir paytaxtımızın il boyu davam edən idman paytaxtı statusuna töhfə olaraq, intellektual idman növü olan şahmatın təbliği məqsədi daşıyıb.
Avropa çempionu Ülviyyə Fətəliyeva eyni anda 16 yeniyetmə şahmatçı ilə qarşılaşıb. Seans İçərişəhərə gələn yerli və xarici qonaqların da böyük marağına səbəb olub.
Qeyd edək ki, 2026-cı il ərzində “Bakı – Dünyanın İdman Paytaxtı” çərçivəsində paytaxtımızda beynəlxalq və yerli səviyyəli onlarla idman tədbiri keçirilir. İçərişəhərdə keçirilən şahmat seansı da bu silsilənin tərkib hissəsidir.














No Comment! Be the first one.