Yuri Vernidub: Heç kim Azərbaycanın Litvanı udacağını gözləmirdi
“Sabah” Azərbaycan Premyer Liqasının VII turunda “Neftçi” ilə heç-heçə edib: 0:0.
Sportify.az xəbər verir ki, qarşılaşmadan sonra “Neftçi”nin baş məşqçisi Yuri Vernidub mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:
– Qol epizodlarınızı vura bilməməyiniz nə ilə bağlıdır, şanssızlıq, yoxsa texniki boşluqlar var?
– Çox gərgin və maraqlı oyun keçdi. Qol epizodlarının başa çatdırılmamasını nə ilə izah edə bilərsiniz? Bu, bir şanssızlıqdır, yoxsa hansısa texniki boşluqlar var?
– Mənə həm “Neftçi”nin, həm də “Sabah”ın performansı çox xoşuma gəldi. Bilirdik ki, kimlə oynayırıq. Çempion komandaya, Çempionlar Liqasında oynayan komandaya qarşı çıxış edirdik. “Sabah” hətta “Mançester Yunayted”ə 0:4 hesabı ilə uduzsa da, əzmini davam etdirdi, yaxşı futbol sərgilədi və çox maraqlı oyun alındı. Fikrimcə, bu gün də bərabər səviyyəli oyunun şahidi olduq. Ola bilsin, bizdə daha çox epizodlar oldu, lakin istifadə edə bilmədik. Səhv etmirəmsə, “Sabah” 6 matçda cəmi 1 qol buraxıb. Bu da onu göstərir ki, onların çox gözəl müdafiəsi var. Futbolçularıma minnətdaram ki, həm tempi saxladılar, həm də intensivliyi qorudular. Meydanın heç bir yerində top uğrunda mübarizələrdə uduzmadılar. Təəssüf ki, qol olmadı, bircə bu, xoşumuza gəlmədi. Amma futboldur, nəzərə alın ki, çempionla oynayırıq. Hətta bu xal da bizi qane edir ki, yenidən öz oyunlarımızı quraq irəliləməyə davam edək. Həm də nəzərə alaq ki, bizdə də, onlarda da milliyə gedənlər oldu. Bizdən 8 oyunçu milliyə getmişdi, onlardan 10 futbolçu. Denzel Jubitana dünən gəlmişdi, Sessi D`Almeyda qoşula bilmədi. Rəqib komandadan isə Xəyal Əliyev və Coy Lens Mikels toplanışlarda iştirak edə bilməyib. Bunların da, əlbəttə, təsiri oldu. Əlbəttə, bu, həyatdır, belə şeylər olur. Burada dəhşətli, qorxulu bir şey yoxdur. Həm özüm, həm də həmkarım üçün yaxşı hal odur ki, futbolçularımız millidə oynayırlar, millini gücləndirirlər. Heç kim Azərbaycanın Litvanı udacağına inanmırdı. Hətta kifayət qədər şans var ki, qrupda birinci yeri tuta bilsinlər. Yəni, azərbaycanlı futbolçuların millidə oynamalarının bu cür faydaları da var.
– Sizcə, bu gün bir xal itirdiniz, yoxsa iki xal qazandınız?
– Mən baş məşqçiyəm və baş məşqçi üçün iki xal itirmək deməkdir. Çünki həmişə üç xal istəyirəm. Düşünürəm ki, həmkarım Dambrauskas eyni fikirdədir ki, iki xal itirib. Rəqib hansı komanda olsa da, belədir. Baş məşqçi fərqli düşünsə, komanda da ona uyğun oyun sərgiləyəcək.
– Emil Səfərova qarşı kobudluq zamanı rəqib futbolçuya sarı vərəqə verilməsini necə qiymətəndirirsiz?
– Hakimliyi şərh etmək istəmirəm. Oyun zamanı emosional adamam. Bəzən qışqıra bilərəm oyun ərzində. Amma dərhal sakitləşirəm. Hakimləri qiymətləndirmək üçün başqa şəxslər var. Normal oyun oldu, həm bizə, həm də digər komandaya normal münasibət sərgilədi. Cinayət olan bir şey görmədim.
– Növbəti oyunlar “Qarabağ” və “Turan Tovuz”a qarşıdır. Bu matçlarda neçə xal sizi qane edəcək?
– Bir daha təkrar edirəm, hər zaman qalib gəlmək istəyirəm. Fərq etməz evdə oynayırıq, yoxsa səfərdə oynayırıq. Çempion olmaq istəyiriksə, çempion kimi oynamalıyıq.
– Klisman ikinci hissənin əvvəlində artıq zədələnmişdi. Olmazdı ki, son 15-20 dəqiqə müdafiə və hücumu birləşdirmək üçün Emin Mahmudovu meydana buraxasınız?
– Oyundan öncə götür-qoy edirik ki, kim-kimi əvəzləyəcək. Öncədən qərar veririk. Emil Səfərov meydana daxil oldu, intensivliyi saxlamaq lazımdır. Gənc futbolçudur. İntensiliyi saxlamağa çalışdı. Bu gün belə düşündük. Qarşıdakı matçda fərqli ola bilər. Bütün futbolçular oynamaq istəyir, hamını isə meydana buraxa bilmərəm. Bu gün dörd oyunçunu dəyişdik. Qustavo meydanda çıxanda gecikməyə görə bir dəqiqə fasilə verildi. Orada tam başa düşmədim ki, bu əvəzetmədən sonra bizim bir oyunçu dəyişmək haqqımız qalır, yoxsa iki? Hakim matçdan sonra dedi ki, 2 oyunçunu əvəzləyə bilərdiz. Açığı istəmədim ki, sonradan desinlər hansısa qayda pozuntusuna yol verdilər. Ona görə də 4 oyunçunu əvəzləyə bildik.



No Comment! Be the first one.