97 atletin qatıldığı III Beynəlxalq Xankəndi Ultramarafonu başa çatdı.
Sportify.az xəbər verir ki, kişilər arasında yarışın qalibi Gürcüstan təmsilçisi David Xarazişvili marafondan sonra fikirlərini bölüşüb:
“Mən təşəkkürlə başlamaq istəyirəm. Azərbaycan xalqına dərindən təşəkkürümü bildirirəm. Hər şey çox ideal olaraq təşkil olunmuşdu. 192 kilometr qaçmaq çox çətin idi, amma dörd gün ərzində mən bunu bacardım və gələn ildə mütləq iştirak edəcəyəm. Təşəkkürlər hamıya!”

Həşim Məmmədov



No Comment! Be the first one.