“Turan Tovuz”da ciddi itki
“Turan Tovuz” səfərdə “Şəfa” ilə keçirdiyi Misli Premyer Liqasının VII tur matçında itki ilə üzləşib.
Sportify.az xəbər verir ki, 21-ci dəqiqədə Hayderson Hurtado dizindən xəsarət alıb.
Həkim müdaxiləsinə baxmayaraq, kolumbiyalı müdafiəçi oyuna davam edə bilməyib.
Nəticədə o, Emmanuel Hakmanla əvəzlənib.
Qeyd edək ki, hazırda hesab bərabərdir – 0:0.



No Comment! Be the first one.