18 yaşlı Atletimiz 2 illik dopinq cəzası aldı - FOTO
Azərbaycan atleti Kənan Vəliyev antidopinq qayda pozuntusuna görə 2 il müddətinə idmandan kənarlaşdırılıb.
Sportify.az xəbər verir ki, bu barədə Azərbaycan Milli Antidopinq Agentliyinin (AMADA) mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, idmançıya qarşı sanksiya antidopinq qaydalarının 2.3-cü maddəsinin pozulmasına görə tətbiq edilib. Həmin maddə idmançının nümunə toplanmasından yayınması, imtina etməsi və ya nümunəni təqdim etməməsini əhatə edir.
Vəliyevə tətbiq olunan 24 aylıq sanksiya 15 aprel 2026-cı ildə başlayıb və 15 aprel 2028-ci ildə başa çatacaq.




No Comment! Be the first one.