AFFA Premyer Liqanın 4 klubunu cərimələdi
AFFA İntizam Komitəsi Misli Premyer Liqasının VII turunun oyunları ilə bağlı qərarlarını açıqlayıb.
Sportify.az xəbər verir ki, üç qarşılaşmada baş verən hadisələrə görə dörd kluba ümumilikdə 10 200 manat cərimə tətbiq edilib.
“Araz-Naxçıvan” – “Kəpəz” matçında hesab tablosu işləmədiyinə görə Naxçıvan təmsilçisi 2000 manat cərimələnib.
“Neftçi” – “Sabah” oyununda meydan sahiblərinin azarkeşləri rəqib komandanın futbolçusunu kütləvi şəkildə təhqir etdiklərinə görə “Neftçi” 5000 manat cərimə ödəyəcək. Həmin qarşılaşmada “Sabah”ın 4 futbolçusu sarı vərəqə aldığı üçün Bakı klubu da 700 manat cərimələnib.
“İmişli” – “Qarabağ” görüşü başa çatdıqdan sonra meydançaya kənar şəxslərin daxil olması isə meydan sahiblərinə 2500 manata başa gəlib.
Beləliklə, ən yüksək cərimə “Neftçi” klubuna tətbiq olunub.



No Comment! Be the first one.