"Biz ən yaxşı nəticələrə layiqik" - Rəhman Daşdəmirov
“Sabah” komandasının futbolçusu Rəhman Daşdəmirov evdə Çexiya təmsilçisi “Slaviya Praqa”nı 2:0 hesabı ilə məğlub etdikləri UEFA Çempionlar Liqasının əsas mərhələsinin II tur matçından sonra brifinq keçirib.
Sportify.az xəbər verir ki, 27 yaşlı müdafiəçi əvvəlcə oyunu dəyərləndirib:
– Hamınızı təbrik edirəm. Çox xoşbəxtəm, xalqımızı, millətimizi təbrik edirəm. Tarixi qələbə qazandıq. Bu, Çempionlar Liqasında ilk ev oyunumuz idi. Sevincliyəm, qürurluyam və komandamla fəxr edirəm. Komanda yoldaşlarımı, baş məşqçimizi və hər kəsi təbrik edirəm. İlk ev oyununda belə qələbə qazanmağın hisslərini sözlə ifadə etmək mümkün deyil. Bir daha hamınızı təbrik edirəm.
– Rəqibi necə qiymətləndirirsiniz?
– Rəqib çox yaxşı idi. Onların da qol imkanları oldu, yüzfaizlik fürsətlər yaxaladılar. Amma sevinirik ki, qalib gələn tərəf biz olduq.
– Qarşıdakı ev oyunları ilə bağlı gözləntiləriniz nələrdir?
– Mən də düşünürəm ki, biz ən yaxşı nəticələrə layiqik. Qarşıdakı oyunlarda da maksimum xal toplamağa və xalqımızı sevindirməyə çalışacağıq. Qələbə qazanmaq bizə əlavə stimul verir.
Посмотреть эту публикацию в Instagram
– Bir həftə sonra Almaniyanın “Borussiya Dortmund” komandasını qəbul edəcəksiniz. Bu oyundan gözləntiləriniz nədir?
– Həmin oyuna qədər səfərdə “Qəbələ” ilə matçımız var. Hazırda bu qarşılaşmaya hazırlaşırıq. Azərbaycan çempionatında “Qəbələ” ilə oyundan sonra “Borussiya Dortmund”la görüşə köklənəcəyik.
– Çempionlar Liqasında qarşıdakı üç ev oyunundan maksimum xal qazanmağı gözləyirsiniz?
– Yenə deyirəm, bütün oyunlarda xal qazanmağı, qələbə qazanmağı düşünürük. İnanıram ki, istədiyimiz nəticələrə nail olarıq.
Bahar RÜSTƏM



No Comment! Be the first one.