Dünya çempionatına son hazırlıq başladı
Yunan-Roma güləşi üzrə Azərbaycan millisi dünya çempionatının son hazırlıq prosesinə başlayıb.
Federasiyanın mətbuat xidmətindən Sportify.az-a verilən məlumata görə, baş məşqçi Məhəmməd Bəna, məşqçilər Bəhruz Həzrətipur və Rəsul Cəzininin rəhbərliyi altında keçirilən hazırlıq prosesində taktiki-texniki məşqlər və rəqiblərin təhlilinə yer ayrılacaq.
Təlim-məşq toplanışına cəlb olunan güləşçilərin siyahısı:
- 55 kq: Eldəniz Əzizli, Emin Cavadlı
- 60 kq: Murad Məmmədov, Nihad Quluzadə
- 63 kq: Nihat Məmmədli, Tural Əhmədov
- 67 kq: Həsrət Cəfərov, Məhəmməd Qasımzadə
- 72 kq: Ülvü Qənizadə, Fəraim Mustafayev
- 77 kq: Sənan Süleymanov, Davud Məmmədov, Cavidan Nehmətov
- 82 kq: Qurban Qurbanov
- 87 kq: İslam Abbasov, Laçın Vəliyev, Emil Abasov
- 97 kq: Murad Əhmədiyev
- 130 kq: Sərxan Məmmədov, Beka Kandelaki
Qeyd edək ki, Qazaxıstanın paytaxtı Astanada keçiriləcək mundialda yunan-Roma güləşi üzrə yarış 24-27 oktyabrda baş tutacaq.



No Comment! Be the first one.