Hakim oyuna içkili çıxdı, qovuldu - VİDEO
Çexiyanın Pardubitse bölgəsinin VII liqasında keçirilən “Jamberk” – “Lanşkroun B” matçında yan xətt hakimi Yan Sanak 22-ci dəqiqədə meydanı tərk edib.
Sportify.az xəbər verir ki, qarşılaşmanın rəsmi protokolunda hakimin sol topuğundan aldığı zədə səbəbindən əvəzləndiyi göstərilib. Lakin yayılan videoda onun hərəkətlərini koordinasiya etməkdə ciddi çətinlik çəkdiyi, tarazlığını qorumaqda problem yaşadığı görünür.
Hadisədən sonra Sanak Pardubitse Regional Futbol Assosiasiyasının hakimlər komitəsinin sədri vəzifəsindən istefa verib. Assosiasiyanın məlumatına görə, o, “Jamberk” – “Lanşkroun B” görüşündə yol verdiyi səhvə görə vəzifəsindən dərhal ayrılıb. İcraiyyə komitəsi istefanı qəbul edib və məsələ ilə bağlı araşdırmanı davam etdirir.
Hakimin davranışı Çexiya futbolunda daha əvvəl yaşanmış oxşar qalmaqalı da xatırladıb. Söhbət hakim Marek Pilninin iştirakı ilə baş vermiş və alkoqol şübhələri ilə gündəmə gəlmiş hadisədən gedir.
Bununla belə, Sanakın davranışının alkoqol qəbulu ilə əlaqəli olduğunu təsdiqləyən rəsmi məlumat açıqlanmayıb.
Qarşılaşma “Jamberk”in 3:0 hesablı qələbəsi ilə başa çatıb.



No Comment! Be the first one.