Messi İspaniyaya qayıdır
ABŞ-nin “İnter Mayami” komandasının futbolçusu Lionel Messi gələn həftə İspaniyaya yollanacaq.
Sportify.az xəbər verir ki, 2026-cı il üçün idman sahəsində Şahzadə Asturiya mükafatına layiq görülən 39 yaşlı hücumçu oktyabrın 22-də Ovyedo şəhərində təltifetmə mərasiminə qatılacaq.
Mükafat argentinalı forvarda iyunda verilib. Münsiflər heyəti onun idmandakı müstəsna karyerasını, eləcə də ağır həyat şəraitində olan uşaqların təhsil və tibbi xidmətə çıxışını təmin etməyə yönəlmiş xeyriyyə fəaliyyətini yüksək qiymətləndirib.
Messinin oktyabrın 24-də MLS-in müntəzəm çempionatının “Nyu York Red Bullz”a qarşı səfər matçına qədər komandanın düşərgəsinə qayıdacağı gözlənilir. “İnter Mayami”nin məşqçilər korpusu 39 yaşlı oyunçunun həmin görüşdə iştirakına ümid edir.
Qeyd edək ki, Lionel Messi 2021-ci ilədək İspaniyada “Barselona”nın formasını geyinib.



No Comment! Be the first one.