Cüdoçularımız 8 medalla başladı - FOTOLAR
Qazaxıstanın Aktau şəhərində cüdo üzrə Asiya Açıq Turniri start götürüb.
Sportify.az xəbər verir ki, Azərbaycan cüdoçuları ilk yarış günündə 4 gümüş və 4 bürünc olmaqla ümumilikdə 8 medal qazanıblar.
Nazir Talıbov (66 kq), Kamran Süleymanov (73 kq), Fəridə Mirzəyeva (52 kq) və Ülviyyə Bayramova (57 kq) finaladək irəliləyərək turnirin gümüş medallarına sahib olublar.
Rəşad Yelkiyev (66 kq), Nəriman Mirzəyev, Rüfət Şövlətov (hər ikisi 73 kq) və Gülnarə Bayramova (57 kq) isə bürünc medal qazanıblar.
İki gün davam edən Asiya Açıq Turnirində 7 ölkədən 182 idmançı mübarizə aparır.












No Comment! Be the first one.