“İmişli”dən sensasion qələbə, "Kəpəz"dən heç-heçə – YENİLƏNDİ
Misli Premyer Liqasında VIII turun son oyunu Gəncə şəhər stadionunda “Kəpəz” və “Zirə” arasında keçirilib.
Sportify.az xəbər verir ki, baş hakim Emin Əliyevin idarə etdiyi görüş heç-heçə ilə yekunlaşıb – 1:0.
Hesabı 57-ci dəqiqədə meydan sahiblərindən Benito Olabiran açıb. 89-cu dəqiqədə isə Davit Volkov bərabərlik qolunu vurub.
Bu nəticədən sonra “Kəpəz” xalını 11-ə yüksəltsə də, 7-ci pillədə qalıb. “Zirə” isə 12 xalla 6-cı mövqedə qalıb.
Qeyd edək ki, VIII turun əvvəlki görüşlərində “Şamaxı” evdə “Şəfa”ya 3:2, “Sumqayıt” “Araz-Naxçıvan”a 2:1, “İmişli” “Turan Tovuz”a 1:0, “Qəbələ” səfərdə “Sabah”a 4:0 hesabı ilə qalib gəlib. “Qarabağ” – “Neftçi” matçı isə məhsuldar heç-heçə ilə başa çatıb – 3:3.
———————————
Misli Premyer Liqasında VIII turun növbəti oyunu Yevlax şəhər stadionunda “İmişli” və “Turan Tovuz” arasında keçirilib.
Sportify.az xəbər verir ki, baş hakim Nicat İsmayıllının idarə etdiyi görüşdə gözlənilməz nəticə qeydə alınıb.
25-ci dəqiqədə Dioqo Rollo fərqlənərək, “İmişli”yə qələbə qazanıb.
Aran komandası bu oyuna Fərid Namazovun baş məşqçi postundan uzaqlaşdırılmasından sonra ilk dəfə məşqçi Ervins Perkonsun rəhbərliyi altında çıxıb. Çempionatda ikinci qələbəsini qazanan “İmişli” xalını 7-yə yüksəltsə də, yenə 9-cu pillədə qalıb.
İkinci dəfə məğlubiyyətlə üzləşən “Turan Tovuz” isə hazırda 14 xalla 4-cü pillədə qərarlaşıb.
Qeyd edək ki, VIII turun son oyununda “Kəpəz” “Zirə”ni qəbul edəcək. Gəncə şəhər stadionunda keçiriləcək görüş saat 18:30-da başlanacaq.
——————————-
Bu gün Misli Premyer Liqasında VIII turun son oyunları keçiriləcək.
Sportify.az xəbər verir ki, qarşılaşmalar bölgələrdə təşkil olunacaq.
Yevlax şəhər stadionunda “İmişli” “Turan Tovuz”u qəbul edəcək. Saat 15:00-da başlanacaq görüşü baş hakim Nicat İsmayıllı idarə edəcək.
Bu oyun əslində Tovuzda keçirilməli idi. Lakin “Turan voleybol komandasının Xorvatiya “Mladost”u ilə Tovuzda keçirəcəyi Çempionlar Liqasının matçı ilə əlaqədar meydan sahibi və məkan dəyişdirilib.
Hazırda “İmişli” 4 xalla 9-cu, “Turan Tovuz” 14 xalla 4-cü pillədə qərarlaşıb. Komandalar arasındakı əvvəlki 3 görüşün 1-də Tovuz təmsilçisi qələbə qazanıb, 2-də isə heç-heçə qeydə alınıb. Beləliklə, İmişli” hələ qələbə qazanmayıb. “Turan Tovuz”un ev matçında qol vurulmayıb.
Turun son oyunu isə Gəncə şəhər stadionunda “Kəpəz” və “Zirə” arasında olacaq. Saat 18:30-da başlanacaq görüşə baş hakim Emin Əliyev təyinat alıb.
Hazırda “Kəpəz” 10 xalla 7-ci, “Zirə” 11 xalla 6-cı yerdə gedir. Qalib komanda 5-ci pilləyə yüksələcək, heç-heçə isə hər iki klubu indiki mövqeyində saxlayacaq.
Tərəflər əvvəllər çempionatda 27 dəfə üz-üzə gəliblər. Bunların 3-də “Kəpəz”, 15-də “Zirə” qələbə qazanıb. 9 görüş heç-heşə ilə başa çatıb, topların nisbətində də paytaxt təmsilçisinin böyük üstünlüyü var – 45:19.
“Kəpəz” 19 oyundur qələbə qazanmır. “Zirə” axırıncı 9 görüşdə qol vurub.
Misli Premyer Liqası, VIII tur
18 oktyabr (bazar)
15:00. “İmişli” – “Turan Tovuz” – 1:0
Qol: Dioqo Rollo, 25
Hakimlər: Nicat İsmayıllı, Elşad Abdullayev, Kamran Bayramov, Mahmud Bağırzadə
VAR: Kamranbəy Rəhimov
AVAR: Gülnurə Əkbərzadə
Hakim-inspektor: Zöhrab Qədiyev
AFFA nümayəndəsi: Eldəniz Musayev
Yevlax şəhər stadionu
18:30. “Kəpəz” – “Zirə” – 1:1
Qollar: Benito Olabiran, 57 – Davit Volkov, 89
Hakimlər: Emin Əliyev, Cəmil Quliyev, Müslüm Əliyev, Ruslan Quliyev
VAR: Rauf Cabarov
AVAR: Kərim Zeynalov
Hakim-inspektor: Əmrah İbrahimov
AFFA nümayəndəsi: Kifayət Mustafayeva
Gəncə şəhər stadionu
Qeyd edək ki, VIII turun əvvəlki qarşılaşmalarında “Şamaxı” evdə “Şəfa”ya 3:2, “Sumqayıt” “Araz-Naxçıvan”a 2:1, “Qəbələ” səfərdə “Sabah”a 4:0 hesabı ilə qalib gəlib. “Qarabağ” – “Neftçi” matçı isə məhsuldar heç-heçə ilə başa çatıb – 3:3.



No Comment! Be the first one.