Veteran cüdoçularımız Avropa çempionatına gedir - SİYAHI
Oktyabrın 22-də Portuqaliyanın Portiman şəhərində cüdo üzrə veteranlar arasında Avropa çempionatı start götürəcək.
Sportify.az xəbər verir ki, Azərbaycanı qitə yarışında ümumilikdə 8 yaş kateqoriyasında 17 idmançı təmsil edəcək.
Komandaya baş məşqçi Fərhad Rəcəbli rəhbərlik edəcək.
Yarışda 36 ölkədən 1240 cüdoçu mübarizə aparacaq.
Sportify.az Azərbaycan Cüdo Federasiyasının rəsmi saytına istinadən heyəti təqdim edir:
M1 kateqoriyası: Samir İsmayılov (73 kq)
M2 kateqoriyası: Vüqar Əliyev (81 kq), Elçin Məmmədov (100 kq), Kənan Abdullaxanlı (+100 kq)
M3 kateqoriyası: Qədir İsgəndərov (66 kq), Ramil Aslanov (90 kq), Ramil Muradov (100 kq)
M4 kateqoriyası: Elşən Kərimov (60 kq), Rauf Fərzəliyev, İlqar Əliheydərov (hər ikisi 73 kq), Rəşad Bağırov (100 kq)
M5 kateqoriyası: Babək Hacıyev (60 kq), Anar Xəlilov (73 kq)
M6 kateqoriyası: Qabil Qasımov (100 kq)
M7 kateqoriyası: Nazim Əliyev (90 kq), Azər Əsgərov (100 kq)
M8 kateqoriyası: Fərhad Rəcəbli (90 kq)



No Comment! Be the first one.