I Liqada VI turun son 3 oyunu keçirilib.
Sportify.az xəbər verir ki, turun son oyun günü bol qollu matçlarla yadda qalıb.
“Gəncəbasar” “Zaqatala”nı darmadağın edib. Elhad Nəzirinin komandası rəqib qapısından 7 cavabsız top keçirib. Qollardan 3-nü vuran Dileyn Açimi ümumi qol sayını 12-yə çatdırıb və bombardirlər siyahısında böyük fərqlə ən yaxın izləyicilərini qabaqlayıb.
“Şimal” – “Baku Sportinq” matçında da eyni sayda qol vurulub. Meydan sahibləri qonaqları 5:2 hesabı ilə məğlub ediblər.
MOİK isə “Karvan-Yevlax”dan 3:1 hesabı ilə üstün olub.
Qeyd edək ki, VI turun ilk oyun günündə “Şahdağ Qusar” “Səbail”i, “Mingəçevir” “Xankəndi”ni 1 cavabsız qolla məğlub edib.
Bu nəticələrdən sonra “Gəncəbasar” daha üstün top fərqi ilə 1-ci pilləyə yüksəlib. Şərikli lider “Şahdağ Qusar”ın da 15 xalı var. “Baku Sportinq” isə hələ də xal üzünə həsrətdir və sonuncu pillədə yer alıb.
I Liqa, VI tur
22 oktyabr (cümə axşamı)
15:00. “Gəncəbasar” – “Zaqatala” – 7:0
Qollar: Süleyman Əhmədov, 18; Paulo Quimbila, 37; Dileyn Açimi, 45 (p.), 52, 83;
Rüfət Tahirov, 67; Derek Osey, 84
Sarı vərəqələr: Entoni Hunpe, 49 (qeyri-idman hərəkəti); Nihat Fərəci, 90 (qeyriidman hərəkəti) – Bəhram Köçərli, 75 (qeyri-idman hərəkəti); Raul Nağıyev, 77 (qeyriidman hərəkəti)
Hakimlər: Maqsud Şamıyev, Rəhman Aslanov, Zakir Şükürzadə, Səbuhi Bayramov
Hakim-inspektor: Rövşən Əhmədov
AFFA nümayəndəsi: Mübariz Hüseynov
Gəncə şəhər stadionu, 250 tamaşaçı
15:00. MOİK – “Karvan-Yevlax” – 3:1
Qollar: Emin Zamanov, 62 (p.), 82 (p.); Elşad Tağıyev, 73 – Eze Sillas, 3
Sarı vərəqələr: Cavid Yadullayev, 29 (hakimin qərarına etiraz); Ceyhun Muxtarlı, 76
(qeyri-idman hərəkəti); Nihad Qurbanlı, 85 (qeyri-idman hərəkəti); Elmir Rəhimzadə,
90 (qeyri-idman hərəkəti) – Əbdül Əziz, 50 (qeyri-idman hərəkəti); Orxan Sadıqlı, 80
(qeyri-idman hərəkəti)
Hakimlər: Ceyhun Hüseynov, Mirnihad Seyidov, Sevda Nuriyeva, Niyaz Əhmədov
Hakim-inspektor: Şahin Cəfərov
AFFA nümayəndəsi: Eldəniz Musayev
Binə qəsəbə stadionu, 110 tamaşaçı
15:00. “Şimal” – “Baku Sportinq” – 5:2
Qollar: Elşad Əliyev, 27 (p.), 40; Mustafa Niambele, 70; Niyazi Osmanov, 78; Cavid
Quliyev, 90+4 – Sadiq Hüseynli, 50; Əli Babayi, 84
Sarı vərəqələr: Pirverdi Seyidov, 65 (qeyri-idman hərəkəti) // Məhərrəm Orucov, 90
(qeyri-idman hərəkəti)
Hakimlər: Nazim Abdullayev, Sənan Atayev, Vüqar Bayramov, Şamil İmanzadə
Hakim-inspektor: İmanxan Sultani
AFFA nümayəndəsi: Erkin Hüseynov
Şamaxı OİK stadionu, 20 tamaşaçı
21 oktyabr (çərşənbə)
15:00. “Şahdağ Qusar” – “Səbail” – 1:0
Qol: Aqil Nəsibov, 50
Qırmızı vərəqə: Pərviz Azadov, 69
Sarı vərəqələr: Arsene Dauda, 72 (qeyri-idman hərəkəti) – Eltun Turabov, 38 (qeyri-idman hərəkəti); Pərviz Azadov, 68 (hakimin qərarına etiraz), 69 (qeyri-idman hərəkəti); Bahadur Həziyev, 84 (qeyri-idman hərəkəti); Cavad Qurbanlı, 90+2 (hakimin qərarına etiraz)
Rəsmi şəxsə göstərilən sarı vərəqə: Babək Allahverdiyev (“Səbail”), 38 (hakimin qərarına etiraz)
Hakimlər: Kamran Əliyev, Orxan İbişov, Asif Abdullayev, İslam Məmmədov
Hakim-inspektor: Anar Salmanov
AFFA nümayəndəsi: Azər Əsgərov
Binə qəsəbə stadionu, 600 tamaşaçı
15:00. “Xankəndi” – “Mingəçevir” – 0:1
Qol: Xəlil Bəşirov, 63
Sarı vərəqələr: Əziz Hüseynov, oyundan sonra (qeyri-idman hərəkəti) – Rüstəm Nuruyev, 48 (qeyri-idman hərəkəti); Xəlil Bəşirov, oyundan sonra (qeyri-idman
hərəkəti)
Hakimlər: Murad Səlimov, Məmmədəli Kərimov, Safalı Ağayev, Namiq Bəkirov
Hakim-inspektor: Ramil Diniyev
AFFA nümayəndəsi: Elman Musayev
Şamaxı OİK stadionu, 20 tamaşaçı
Turnir cədvəli

Bombardirlər: Dileyn Açimi (“Gəncəbasar”) – 12 qol, J0ze Zenqo (“Şahdağ Qusar”), Niyazi Osmanov (“Şimal”) – hər ikisi 4 qol.



No Comment! Be the first one.