Hövsan Yarış Kompleksi FIFA U-15 Dünya Çempionatına tam hazırdır
Paytaxt Bakıda tarixdə ilk dəfə təşkil olunan FIFA U-15 Dünya Çempionatı və Festivalına hazırlıq işləri yekunlaşıb.
Sportify.az xəbər verir ki, oyunların böyük hissəsinin keçiriləcəyi Hövsan Yarış Kompleksi beynəlxalq yarışın yüksək səviyyədə təşkili üçün tam hazır vəziyyətə gətirilib.
Turnirdə dünyanın 189 ölkəsindən FIFA-ya üzv assosiasiyaları təmsil edən komandalar iştirak edir. Ümumilikdə, çempionata 4000-ə yaxın gənc futbolçu, məşqçi və rəsmi şəxsin qatılması gözlənilir. Yarış çərçivəsində isə 1000-ə yaxın oyunun keçirilməsi nəzərdə tutulub.
Qısa müddət ərzində inşa edilən Hövsan Yarış Kompleksində 10 futbol meydançası istifadəyə hazırlanıb. Meydançalar eyni vaxtda 20 oyunun keçirilməsinə imkan verəcək şəkildə təşkil olunub.
Kompleksdə futbol qarşılaşmalarının fasiləsiz və yüksək səviyyədə təşkili üçün zəruri infrastruktur yaradılıb, müvafiq hazırlıq tədbirləri həyata keçirilib.








No Comment! Be the first one.