PSJ Kvaratsxeliyanın əvəzinə yeni hücumçu alır
Fransa təmsilçisi PSJ İspaniyanın “Atletik Bilbao” klubunun hücumçusu Niko Uilyamsı transfer etməyi planlaşdırır.
Sportify.az xəbər verir ki, Paris təmsilçisi gürcüstanlı futbolçu Xviça Kvaratsxeliyanın zədələnməsindən sonra ispaniyalı vingerin transferini nəzərdən keçirir.
Qeyd edək ki, Kvaratsxeliya oktyabrın 20-də UEFA Çempionlar Liqasının III turunda “Barselona”ya qarşı keçirilən və PSJ-nin 4:2 hesabı ilə qalib gəldiyi görüşdə sağ dizinin ön çarpaz bağlarından zədə alıb.
Məlumata əsasən, Paris klubu Niko Uilyamsı bir neçə ildir izləyir.
24 yaşlı futbolçu bu mövsüm İspaniya La Liqasında 7 oyunda meydana çıxıb və 1 qol vurub. Onun “Atletik Bilbao” ilə müqaviləsi 2035-ci ilin yayına qədər qüvvədədir.
“Transfermarkt” portalı ispaniyalı hücumçunun bazar dəyərini 40 milyon avro qiymətləndirir.



No Comment! Be the first one.