"Barselona"nın futbolçusu: "Real" qisas almaq istəyir"
İspaniyanın “Barselona” klubunun futbolçusu Rodri “El Klasiko”dan əvvəl açıqlaması ilə diqqət çəkib.
Sportify.az xəbər verir ki, yarımmüdafiəçi La Liqanın 10-cu turunda “Kamp Nou”da keçiriləcək “Barselona” – “Real” matçı barədə danışıb.
“Real”ın oyun tərzi bizdən fərqlidir, amma rəqabət ruhu həmişə var. Xüsusən də bu kimi matçlarda… Ona görə də onlardan əllərindən gələni etmələrini gözləyirik. Düşünürəm ki, onlar son 6-7 “El Klasiko”dan yalnız birində qalib gəliblər, ona görə də indi qisas almaq istəyirlər”.



No Comment! Be the first one.