Kurban Berdiyev: "Bu gün 2 xal itirdik"
Bu gün reallaşan “Neftçi” – “Turan Tovuz” matçından sonra mətbuat konfransı təşkil olunub.
Sportify.az xəbər verir ki, qonaq komandanın baş məşqçisi Kurban Berdiyev jurnalistlərin suallarını cavablandırıb.
“Paltardəyişmə otağında uşaqlara cəhdlərinə, səylərinə görə təşəkkür etdim. Qırmızı vərəqəyə qədər də biz üstün tərəfdik. Sonra da çoxlu epizodlar əldə etdik, amma reallaşdıra bilmədik. Təbii ki, bu, üzücü məqamdır ki, qələbə qazana bilmədik. Düşünürəm ki, bu gün 2 xal itirdik” – deyə Berdiyev qeyd edib.



No Comment! Be the first one.