Qurban Qurbanov: "Belə hallar olur"
“Qarabağ” Misli Premyer Liqasının 9-cu turunda “Sabah”la qolsuz heç-heçə edib.
Sportify.az xəbər verir ki, Ağdam təmsilçisinin baş məşqçisi Qurban Qurbanov mətbuat konfransında oyunla bağlı fikirlərini bölüşüb:
– “Maraqlı oyun alındı. Yaxşı mübarizə var idi. Son dəqiqələrə kimi temp yuxarı səviyyədə oldu. Qarşımızda çox yaxşı kollektiv var idi. Hansı ki, Çempionlar Liqasında daha sərbəst oynayan bir kollektiv var idi. Hər bir halda futbolçularımın səhvləri olsa da, son dəqiqəyə kimi oynamağa çalışdılar. Oyundan qopmadılar. Daha sərbəst olmalıyıq. Əlbəttə ki, stadiondakı ab-hava əla idi. Çox gözəl təmir olunub. Çox gözəl də atmosfer var idi”.
– “Qarabağ”ın uzun müddətdir “Sabah”a qalib gələ bilməməsi futbolçulara psixoloji təsir göstərirdi?
– Belə hallar olur. Amma bu, normal prosesdir. Dünya futbolunda da belə hallara rast gəlinir. Bu barədə düşünmədən oyuna hazırlaşmışdıq.
– Martin Zlomisliç nə vaxt sıraya dönəcək? Zədəsi nə ilə bağlıdır?
– Yəqin ki, qarşıdakı günlərdə məşqlərə başlayacaq. Əzələ problemidir.
– Cəmi üç əvəzetmədən istifadə etdiniz. Ehtiyat qüvvə istədiyiniz səviyyədə deyildi, yoxsa başqa səbəb var idi?
– Düzünü desəm, bəzi dəyişiklikləri düşündüm. Amma temp elə idi ki, oyunu dayandırmaq və balansı pozmaq istəmədik. Matçın gedişində tempin qorunmasını istəyirdik.
– Joni Montiel komandadan getmişdi, sonra geri qayıtdı. Hazırda vəziyyəti necədir?
– Zədəlidir. “Neftçi” ilə matçın son dəqiqələrində əzələ ağrısı hiss etmişdi. Bu həftə məşqlərə qoşulmamışdı.



No Comment! Be the first one.