İstanbul derbisindən sonra insident – VİDEO
Türkiyə Superliqasında “Qalatasaray” və “Fənərbağça” arasında baş tutan derbidən sonra xoşagəlməz hadisə yaşanıb.
Sportify.az xəbər verir ki, matçın yekun fitindən sonra komandaların futbolçuları arasında mübahisə böyüyərək davaya çevrilib.
Çempionatın 9-cu turu çərçivəsində keçirilən görüşdə “Qalatasaray” rəqibini 2:1 hesabı ilə üstələyib. Lakin qarşılaşmadan sonra meydanda gərginlik yaşanıb.
İnsidentin Roland Şallai ilə Kərəm Aktürkoğlu arasındakı mübahisədən başladığı bildirilir. Hadisəyə “Qalatasaray”ın məşqçilərindən biri də qoşulub, ardınca hər iki komandanın digər üzvləri qarşıdurmaya cəlb olunublar.
Daha sonra Arçi Braun və Abdülkərim Bardakçı arasında da əlbəyaxa dava baş verib. Futbolçular bir-birini yerə yıxıblar. Ətrafdakılar tərəfləri sakitləşdirmək və ayırmaq üçün müdaxilə ediblər.
Vəziyyətin gərginləşməsi ilə əlaqədar polis əməkdaşları meydana daxil olublar. Təxminən 3-4 dəqiqə davam edən insident onların müdaxiləsindən sonra sona çatıb.
View this post on Instagram



No Comment! Be the first one.