PSJ Xviçanın yerinə onu düşünür
Fransanın PSJ klubu Almaniyanın “Bayer” komandasının hücumameyilli yarımmüdafiəçisi İbrahim Maza ilə maraqlanır.
Sportify.az “Sky Sport”a istinadla xəbər verir ki, Paris təmsilçisi 20 yaşlı futbolçunu qış transfer pəncərəsi öncəsi namizədlər siyahısına daxil edib.
Məlumata əsasən, Fransa klubu Mazanı uzunmüddətli zədə səbəbindən mövsümün böyük hissəsini buraxa biləcək Xviça Kvaratsxeliyanın mümkün əvəzedicilərindən biri kimi nəzərdən keçirir.
Bununla belə, “Bayer”in futbolçunu satmaq niyyətində olmadığı bildirilir. Leverkuzen klubu Maza ilə müqaviləni 2030-cu ildən sonrakı müddətə uzatmağı və onun maaşını artırmağı planlaşdırır. Klub 20 yaşlı yarımmüdafiəçini gələcək layihəsinin əsas fiqurlarından biri hesab edir.



No Comment! Be the first one.