AFFA İntizam Komitəsi U-17 Liqasında keçirilən “Qarabağ” – “Sabah” oyunu ilə bağlı cəzaları açıqlayıb.
Sportify.az xəbər verir ki, “Sabah”ın futbolçusu Kənan Əliyev qarşılaşmanın 21-ci dəqiqəsində hakimi təhqir etdiyinə görə qırmızı vərəqə alaraq meydandan kənarlaşdırılıb. O, oyun başa çatdıqdan sonra da hakimlər briqadasına qarşı qeyri-etik ifadələr işlətdiyinə görə növbəti 6 oyuna buraxılmayacaq.
“Sabah”ın digər futbolçusu Nizami Nəbiyev isə görüşün 90+2-ci dəqiqəsində dava etdiyinə görə meydandan qovulub. O, oyun başa çatdıqdan sonra hakimlər briqadasına qarşı qeyri-etik ifadələr işlətdiyinə görə 6 oyunluq cəzalandırılıb. Bundan əlavə, “Sabah” klubu 1000 manat cərimə edilib.
“Qarabağ”ın futbolçularına da cəza verilib. Komandanın üzvü Ayxan İbadov qarşılaşmanın 90+2-ci dəqiqəsində dava etdiyinə görə qırmızı vərəqə alıb və növbəti 4 oyuna buraxılmayacaq.
“Qarabağ”ın digər futbolçusu İbrahim Sadiqli isə həmin dəqiqədə hakimlər briqadasına qarşı qeyri-etik ifadələr işlətdiyinə görə meydandan kənarlaşdırılıb. O, növbəti 5 oyunda komandasına kömək edə bilməyəcək.



No Comment! Be the first one.