Azərbaycan millisi Bakıda təşkil olunan U-15 dünya çempionatı və festivalında növbəti matçını keçirib.
Sportify.az xəbər verir ki, Famil Xəlilovun baş məşqçi olduğu kollektiv C Divizionunda Mozambik yığmasına böyük hesabla qalib gəlib – 4:1. Həsən Məhəmmədov, Qafar Babayev, Yusif Əlizadə fərqlənib. Daha bir qolu isə Mozambik yığmasının futbolçusu öz qapısına vurub.
Qarşılaşma Hövsan Yarış Kompleksində keçirilib.
Beləliklə Azərbaycan Vyetnam millisi ilə 81-84-cü yerlər uğrunda yarımfinalda üz-üzə gələcək. Vyetnam komandası Kubanı 2:1 hesabı ilə məğlub edib. Məğlublar saat 18:15-də, qaliblər 19:30-da münasibətləri aydınlaşdıracaq.




No Comment! Be the first one.