Kroos “Qızıl top”a Xviçanı layiq görür
“Real Madrid”in və Almaniya millisinin sabiq futbolçusu Toni Kroos 2026-cı il “Qızıl top” səsverməsinin nəticələri ilə bağlı fikirlərini bölüşüb.
Sportify.az xəbər verir ki, Kroos bu barədə “Einfach mal Luppen” podkastında danışıb:
“Bu il heç kim bütün mümkün titulları qazana bilmədi. Bundan əlavə, dünya çempionatının keçirildiyi ildə səsvermə fərqli olur — mundialın nəticələri xüsusi əhəmiyyət daşıyır. Yalnız klub mövsümünü nəzərə alsaq, mənim fikrimcə, Kvaratsxeliya əla çıxış etdi. Mükafatı ona verərdim — o, Avropanın ən güclü komandasının ən yaxşı futbolçusu idi”.
Qeyd edək ki, 2026-cı il “Qızıl top” mükafatını Almaniya “Bavariya”sının hücumçusu Harri Keyn qazanıb.



No Comment! Be the first one.