Azərbaycan Kubokunda 1/8 final cütləri müəyyənləşdi
Futbol üzrə Azərbaycan Kubokunda 1/8 final cütlərinin tərkibi müəyyənləşib.
Sportify.az xəbər verir ki, bu, II təsnifat mərhələsinin bütün görüşləri yekunlaşdıqdan sonra bəlli olub.
“16-lığ”a düşən komandalardan 12-i Premyer Liqa təmsilçiləridir. Yəni, elitanın bütün iştirakçıları yoluna davam edəcəklər.
Qalan 4 vəsiqədən üçünün sahibləri I Liqa təmsilçiləri “Şahdağ Qusar”, “Karvan-Yevlax” və “Gəncəbasar”, digəri II Liqada çıxış edən “Marafon”dur.
Beləliklə, 1/8 finalda çıxış edəcəklər:
“Araz-Naxçıvan” – “Marafon”
“Sabah” – “İmişli”
“Sumqayıt” – “Qarabağ”
“Qəbələ” – “Şahdağ Qusar”
“Gəncəbasar” – “Şamaxı”
“Neftçi” – “Şəfa”
“Karvan Yevlax” – “Zirə”
“Turan Tovuz” – “Kəpəz”



No Comment! Be the first one.