“Qalatasaray” Kislakı qışda transfer edə bilər
Moskva ÇSKA-sının yarımmüdafiəçisi Matvey Kislak “Qalatasaray”ın hədəfindədir.
Sportify.az xəbər verir ki, bu barədə türkiyəli jurnalist Yakup Çınar məlumat yayıb.
Onun sözlərinə görə, Kislak daha əvvəl “Beşiktaş”ın da diqqət mərkəzində olub.
“Kislakın hazırkı bazar dəyəri 25 milyon avrodur. ÇSKA-ya müraciət olunarsa, klubun ən azı 30-35 milyon avro tələb edəcəyini düşünürəm. “Beşiktaş” onu transfer etməyə çalışdı, amma bu, baş tutmadı. Bildiyimə görə, “Qalatasaray” da onu izləyir. Lakin İstanbul klubunun qış transfer pəncərəsində bu qədər böyük məbləğ xərcləməyə hazır olduğuna şübhə edirəm”,– deyə jurnalist bildirib.



No Comment! Be the first one.