Viktor Osimhen yenə qız atası oldu
Türkiyənin “Qalatasaray” klubunun futbolçusu Viktor Osimhen ata olub.
Sportify.az xəbər verir ki, İstanbul təmsilçisi futbolçunun və həyat yoldaşı Stefaninin qız övladlarının dünyaya gəldiyini açıqlayıb.
Klubun paylaşımında bildirilib ki, körpəyə Liora Audrey adı verilib. “Qalatasaray” cütlüyü təbrik edib, yeni doğulan körpəyə uzun, sağlam və xoşbəxt ömür arzulayıb.
Qeyd edək ki, Osimhenin 2022-ci ildə dünyaya gəlmiş Heyli (Hailey) adlı daha bir qızı var.



No Comment! Be the first one.