AFFA UEFA-dan iki xəbərdarlıq aldı
UEFA-nın Nəzarət, Etika və İntizam Orqanı Azərbaycan və Litva yığmaları arasında oktyabrın 4-də keçirilmiş Milətlər Liqasının oyunu ilə əlaqədar cəza tədbirləri görüb.
Sportify.az xəbər verir ki, Azərbaycan millisinin məşqçisi Vüqar Mustafayev qırmızı vərəqə aldığı üçün bir oyunluq diskvalifikasiya olunub.
Qərara əsasən, Mustafayev idman prinsiplərinə zidd davranışa yol verib. O, noyabrın 13-də səfərdə Lixtenşteynlə oyun zamanı texniki zonada yer ala bilməyəcək.
Bundan başqa, Azərbaycan tərəfinə oyun meydançasının vəziyyəti və topdaşıyan uşaqların davranışı ilə əlaqədar xəbərdarlıqlar edilib.
Litva millisinin futbolçusu Armandas Kuçis isə 2 oyunluq diskvalifikasiyaya məruz qalıb. Kuçis 90+7-ci dəqiqədə matçın rəsmisinə təhqiramiz ifadələr işlətdiyi üçün sərt cəzalanıb.
Qeyd edək ki, “Palms Sports Arena”da təşkil olunmuş qarşılaşma Azərbaycan millisinin qələbəsi ilə yekunlaşıb – 1:0.



No Comment! Be the first one.