"Turan Tovuz" "Sabah"a qalib gəldi – YENİLƏNDİ
Bu gün Misli Premyer Liqasında X tura start verilib.
Sportify.az-ın məlumatına görə, ilk oyun günündə bir görüş keçirilib.
“Turan Tovuz” çempion “Sabah”la üz-üzə gəlib. Tovuz şəhər stadionunda təşkil olunan matçı baş hakim Kamranbəy Rəhimov idarə edib. Qarşılaşma meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb – 3:2.
Hesabı 28-ci dəqiqədə meydan sahiblərindən Enrike Silva açıb. 2 dəqiqə sonra fərq artıb. Bu dəfə Joarlem Batista adını tabloya yazdırıb. 67-ci dəqiqədə Batista dubl edib.
3 dəqiqə sonra “Sabah” fərqlənib. Komandanın ən məhsuldar oyunçusu Coy Lens Mikels aktivindəki qol sayını 5-ə yüksəldib. 87-ci dəqiqədə isə Ksander Severina fərqi minimuma endirib.
Beləliklə, ilk məğlubiyyətlə üzləşən “Sabah” 9 oyundan 20 xalla 1-ci pillədə qalsa da, liderliyini əldən vermə təhlükəsi ilə üzləşib. Xalını 18-ə yüksəldən “Turan Tovuz” isə 4-cü pillədə yer alıb.
Misli Premyer Liqası, X tur
30 oktyabr
18:30: “Turan Tovuz” – “Sabah” – 3:2
Qollar: Enrike Silva, 28, Joarlem Batista, 30, 67 – Coy Lens Mikels, 70. Ksander Severina, 87
Hakimlər: Kamranbəy Rəhimov, Akif Əmirəli, Namiq Hüseynov, Əkbər Əhmədov
VAR: Fərid Hacıyev
AVAR: Müslüm Əliyev
Hakim-inspektor: Asim Xudiyev
AFFA nümayəndəsi: Elman Musayev
Tovuz şəhər stadionu
Qeyd edək ki, X turun digər görüşləri 31 oktyabrdan 2 noyabradək keçiriləcək.



No Comment! Be the first one.