Bəxtiyar Əsgərli: “Qələbə Yarışı” bizim üçün xüsusi məna daşıyır
Gənclər və İdman Nazirliyinin və Bakı Şəhər Halqasının təşkilatçılığı ilə təşki olunan “Qələbə Yarışı”nın bu il 6-cı dəfə təşkil olunub.
Sportify.az xəbər verir ki, 10 km-lik yarışın bu ilki qalibi olan Bəxtiyar Əsgərli yarışla bağlı fikirlərini bölüşüb:
– Yarış çox yaxşı, əla keçdi. Bu, bizim üçün xüsusi əhəmiyyət daşıyan yarışdır. Artıq altı ildir ki, keçirilir. Şadam ki, bu il də yarışın qalibi oldum. Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə cansağlığı versin. Şəhidlərimizin ruhu qarşısında baş əyirik.
– “Qələbə yarışı” sizin üçün nə ifadə edir?
– Bu, qalib ölkənin yarışıdır və bizim üçün xüsusi məna daşıyır. Biz qalib ölkəyik. Ona görə də bu yarış bizim üçün çox böyük əhəmiyyətə malikdir.
– Qeyd etdiniz ki, yarışda ikinci dəfə iştirak edirsiniz. İlk yarışla builki yarış arasında hansı fərqləri gördünüz?
– Mənim üçün hər iki yarış eyni idi. Bu il də eyni yarış formatında iştirak etdim, qaçış baxımından ciddi fərq hiss etmədim.
– 10 kilometrlik məsafədə sizin üçün ən çətin məqam nə oldu?
– Əsas çətinlik küləklə bağlı idi. Xüsusilə geri qayıdarkən külək bizə müəyyən çətinlik yaratdı. Bu, məsafə ərzində qarşılaşdığımız situativ çətinliklərdən biri idi. Ümumilikdə isə hər şey çox yaxşı, əla idi.
– Ötən il də birinci yerə çıxmışdınız?
– Bəli, ötən il də birinci yerə çıxmışdım. Bu il də birinci yerə layiq görüldüyüm üçün çox şadam. Yarış çox yaxşı təşkil olunmuşdu. Təşəkkür edirəm!
Bahar Rüstəm



No Comment! Be the first one.