Makqreqor sonuncu döyüşünə çıxacaq
UFC-nin keçmiş iki çəki dərəcəsi üzrə çempionu, irlandiyalı Konor Makqreqor növbəti MMA döyüşünün karyerasında sonuncu olacağını açıqlayıb.
Sportify.az xəbər verir ki, Makqreqor sosial şəbəkədəki paylaşımında əvvəlki döyüşlərinin kommersiya göstəricilərindən danışaraq özünün digər tanınmış döyüşçülərlə müqayisədə daha böyük satış rəqəmlərinə sahib olduğunu iddia edib.
“Mənim növbəti döyüşüm sonuncu olacaq. Bu dəfə döyüşün tanıtımına həqiqətən ciddi yanaşacağam. Görək hansı göstəricilərə nail ola biləcəyəm. Öz rekordlarımı yeniləməyə davam edəcəyəm” – deyə Makqreqor bildirib.
O, həmçinin əvvəlki döyüşünün futbol üzrə dünya çempionatının yarımfinalı ilə eyni vaxta təsadüf etdiyini və buna baxmayaraq yüksək izlənmə göstəriciləri əldə etdiyini qeyd edib.



No Comment! Be the first one.