"Lion" "Anje" üzərində qələbə qazanaraq üçüncü pilləyə yüksəlib
Fransa Liqa 1-in 9-cu turunda “Lion” və “Anje” komandaları üz-üzə gəlib.
Sportify.az xəbər verir ki, Lion şəhərindəki “Qrupama” stadionunda keçirilən qarşılaşma meydan sahiblərinin 2:0 hesablı qələbəsi ilə başa çatıb. Görüşü baş hakim Mark Bollanje idarə edib.
Matçda hesabı 38-ci dəqiqədə “Lion”un futbolçusu Ernest Nuama açıb. 86-cı dəqiqədə isə Korenten Tolisso fərqi artıraraq yekun nəticəni müəyyənləşdirib.
Bu qələbədən sonra “Lion” 9 oyunda topladığı 17 xalla Fransa çempionatının turnir cədvəlində üçüncü pillədə qərarlaşıb. “Anje” isə 8 xalla 15-ci sırada yer alır.
Növbəti turda “Lion” noyabrın 8-də səfərdə “Brest”lə qarşılaşacaq. “Anje” isə həmin gün doğma meydanda “Nitsa”nı qəbul edəcək.



No Comment! Be the first one.