Azərbaycanlı FIFA referisi PSJ-nin oyununda
Azərbaycanlı FIFA referisi Kamal Umudlu növbəti beynəlxalq təyinat alıb.
Sportify.az xəbər verir ki, Umudlu UEFA Gənclər Liqasının İspaniyada “Vilyarreal” və Fransa PSJ-si arasında keçiriləcək matçının baş hakimi olacaq.
Ona Vüsal Məmmədov və Rəhman İmami yan xətt hakimləri qismində yardım edəcəklər.
Dördüncü hakim funksiyasını isə ispaniyalı Borxa Borxa Qixarro Kolomer yerinə yetirəcək.
Qeyd edək ki, noyabrın 3-də “Ciutat Esportiva José Manuel Llaneza” stadionunda təşkil olunacaq qarşılaşma Bakı vaxtı ilə saat 16:00-da başlanacaq.



No Comment! Be the first one.