"Qoca Sinyora"dan qələbə VİDEO
İtaliya A Seriyasının 10-cu turunda “Yuventus” doğma meydanda “Napoli” ilə qarşılaşıb.
Sportify.az xəbər verir ki, Turin təmsilçisi “Allianz Stadium”da keçirilən görüşdə 2:0 hesabı ilə qalib gəlib. Matçı baş hakim Simone Sozza idarə edib.
Hesab 70-ci dəqiqədə açılıb. Kerim-Sem Alaybeqoviç “Yuventus”u önə keçirib. Beş dəqiqə sonra “Napoli” azlıqda qalıb — Luka Marianuççi iki sarı vərəqə aldıqdan sonra meydandan qovulub.
87-ci dəqiqədə Jeremi Boqa fərqi iki topa çatdıraraq “Yuventus”un qələbəsini rəsmiləşdirib.
Bu nəticədən sonra “Yuventus” 17 xalla turnir cədvəlinin 7-ci pilləsində qərarlaşıb. “Napoli” isə 14 xalla 8-ci sıradadır.
Növbəti turda “Yuventus” noyabrın 8-də səfərdə “Fiorentina” ilə qarşılaşacaq. Həmin gün “Napoli” doğma meydanda “Latsio”nu qəbul edəcək.



No Comment! Be the first one.