Erik ten Haq Ronaldunun “Mançester Yunayted”dəki çıxışını xatırlayıb
İngiltərənin “Mançester Yunayted” klubunun sabiq baş məşqçisi Erik ten Haq portuqaliyalı hücumçu Kriştianu Ronaldu ilə birlikdə çalışdığı dövr barədə danışıb.
Sportif.az xəbər verir ki, hazırda 41 yaşlı futbolçu Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubunda çıxış edir. Ten Haq və Ronaldo 2022-ci ildə İngiltərə təmsilçisində birgə çalışıblar.
“Əslində, “Real Madrid”in böyük üstünlüyü də bundadır. Onlar futbolçularla nə vaxt vidalaşmaq lazım olduğunu həmişə bilirlər. Klub oyunçunun səviyyəsinin nə vaxt aşağı düşdüyünü müəyyənləşdirir və kənardan hələ də ən yaxşı dövrünü yaşayan futbolçu təsiri bağışladığı vaxt onunla yollarını ayırır. Halbuki həmin oyunçu artıq əvvəlki nəticələri göstərə bilmir. “Mançester Yunayted”də işə başlayanda Ronalduya necə oynayacağımızı, onun komandadakı rolunu, ondan nə gözlədiyimi, eləcə də onun məndən və komandadan nə gözləyə biləcəyini izah etdim. Ancaq sonda nəticəni meydanda futbolçunun özü göstərməlidir.
O, artıq ağrılara baxmayaraq mübarizə aparmaq, hər gün əlindən gələni etmək və yüksək formada qalmaq üçün maksimum səviyyədə məşq etmək gücünü özündə tapa bilmirdi. Premyer Liqada, Çempionlar Liqasında və ya Portuqaliya millisində çıxış edirsənsə, formada olmadan uğur qazanmaq şansın yoxdur” – deyə ten Haq “The Touchline” X sosial şəbəkəsində qeyd edib.



No Comment! Be the first one.