Karrager Mak Allisteri simulyasiyaya görə tənqid edib
İngiltərə “Liverpul”unun sabiq müdafiəçisi Ceymi Karrager komandanın yarımmüdafiəçisi Aleksis Mak Allisterin İngiltərə Premyer Liqasının 9-cu turunda “Arsenal”la matçda (0:1) etdiyi hərəkəti sərt tənqid edib.
Sportify.az xəbər verir ki, hadisə argentinalı yarımmüdafiəçi ilə “Arsenal”ın vingeri Noni Madueke arasında yaranan mübahisə zamanı baş verib. Futbolçuların başları bir-birinə toxunduqdan sonra Mak Allister yerə yıxılıb. Karragerin fikrincə, “Liverpul”un oyunçusu bu hərəkəti ilə rəqibin meydandan qovulmasına nail olmağa çalışıb.
“Maduekenin meydandan qovulmamasına sevindim. Belə epizodlar barədə açıq danışmalı və baş verənləri düzgün adlandırmalıyıq. Bu, biabırçı davranışdır və belə hərəkətlərə son qoyulmalıdır. Əgər futbolçu rəqibinə başla zərbə endirirsə, bu, təbii ki, qırmızı vərəqədir. Ancaq oyunçular sadəcə başlarını bir-birinə toxundurur və onlardan biri rəqibin qovulmasına nail olmaq üçün yerə yıxılırsa, azarkeşlər hətta öz komandalarının futbolçularını da tənqid etməlidirlər. Mən “Liverpul” azarkeşiyəm, amma bu, sadəcə gülüncdür”, – deyə Karrager “The Athletic” nəşrinə danışıb.



No Comment! Be the first one.