Çempionlar Liqası: "Turan"ın ev oyununun vaxtı açıqlandı
Qadın voleybolçulardan ibarət “Turan” komandası CEV Çempionlar Liqasının 3-cü təsnifat mərhələsinin cavab oyununun vaxtı müəyyənləşib.
Sportify.az xəbər verir ki, “Turan” – “Maritza Plovdiv” (Bolqarıstan) qarşılaşması noyabrın 10-da olacaq. Tovuz Olimpiya İdman Kompleksində keçiriləcək qarşılaşma saat 18:00-da start götürəcək.
Xatırladaq ki, ilk oyun Bolqarıstanın Plovdiv şəhərindəki Kolodruma İdman Zalında keçiriləcək. Bu matç sabah saat 20:30-da başlanacaq.



No Comment! Be the first one.