Azərbaycan klubu Bakıda "Sportinq"ə uduzdu - YENİLƏNDİ
Azərbaycanın kişi voleybolçulardan ibarət “Xilasedici” komandası bu gün CEV Çempionlar Liqasının ikinci təsnifat mərhələsində ilk oyununa çıxıb.
Sportify.az xəbər verir ki, rəqib Portuqaliyanın “Sporting CP Lisboa” kollektivi olub.
Bakının Hövsan qəsəbəsindəki FHN-in idman zalında keçirilən qarşılaşmada qonaqlar 3:2 hesablı qələbə qazanıblar.
CEV Çempionlar Liqası
II təsnifat mərhələsi, ilk oyun
3 noyabr
18:00. “Xilasedici” (Azərbaycan) – “Sportinq” (Portuqaliya) – 2:3 (23:25, 25:19, 25:23, 23:25, 10:15)
Hakimlər: Ozan Çağı Sarıkaya (Türkiyə), Tomislav Popoviç (Serbiya)
FHN-in idman zalı
Qeyd edək ki, cavab oyunu noyabrın 11-də Portuqaliyanın paytaxtı Lissabonda təşkil olunacaq.



No Comment! Be the first one.