Bütün avrokubok oyunlarında 1 dəqiqəlik sükut olacaq
UEFA Çempionlar Liqasının Liqa mərhələsinin 4-cü turunun bütün oyunları «Tenerife»nin futbolçusu Xesus de Miquelin xatirəsinə bir dəqiqəlik sükutla başlayacaq.
Sportify.az xəbər verir ki, bu barədə UEFA-nın mətbuat xidməti məlumat yayıb.
30 yaşlı hücumçu İspaniya Sequndasının 12-ci turunda “Andorra” ilə keçirilən matçın (2:2) son dəqiqələrində rəqib qapıçı Xesus Ovono ilə toqquşub. Sinəsinə dəyən zərbədən sonra de Miquelin ürəyi dayanıb və futbolçu xəstəxanaya çatdırılıb. “Tenerife” onun ölümünü bu gün səhər saatlarında rəsmən açıqlayıb.
UEFA prezidenti Aleksander Çeferin de Miquelin ailəsinə və yaxınlarına başsağlığı verib.
Bundan əlavə, bu həftə keçiriləcək UEFA Avropa Liqası və UEFA Konfrans Liqasının bütün oyunları da bir dəqiqəlik sükutla başlayacaq.



No Comment! Be the first one.